Yuxarı

Bakıda Türkiyə vətəndaşının mağazasından oğurluq olub

Araşdırmalar davam etdirilir

Bakı. 15 mart. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşının mağazasından oğurluq edilib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Qalib İsmayılova və martın 5-də Türkiyə vətəndaşı Akksu Metinə məxsus mağazalardan oğurluq etmiş Ağsu rayon sakini Tehran Bədəlov və Yevlax rayon sakini Nargilə Hüseynova tutulublar.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi