5 hektar bazar ərazisinin 2 hektarı yanıb - FOTO - VİDEO - YENİLƏNİB-4

5 hektar bazar ərazisinin 2 hektarı yanıb - FOTO - VİDEO - YENİLƏNİB-4 Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Hadisə
10 Dekabr , 2019 12:51
5 hektar bazar ərazisinin 2 hektarı yanıb - FOTO - VİDEO - YENİLƏNİB-4

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

"Report"a daxil olan məlumatda bildirilib ki, yağın söndürülüb:

"Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir".


*** 11:00

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.

Bu barədə "Report"un ərazidə olan əməkdaşı məlumat verib.


*** 10:05

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Əlavə məlumat veriləcək.


*** 09:29

“EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən "Report"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


*** 09:08

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

“Report” xəbər verir ki, Binəqədi rayon ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarı yanır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi