Yuxarı

Bakıda təyyarənin məcburi enişinə səbəb olan Danimarka vətəndaşı vəfat edib

Mərhum gecə saatlarında elə xəstəxanada dünyasını dəyişib

Bakı. 20 aprel. REPORT.AZ/ Təyyarənin Bakıya məcburi enişinə səbəb olan 73 yaşlı Danimarka vətəndaşı Alen Lasten dünyasını dəyişib. Bu barədə "Report"a Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

"Mərhum gecə saatlarında elə xəstəxanada dünyasını dəyişib. O, xəstəxanaya saat 16:50-də daxil olub. Alen Lasten saat 19:20-də kəskin ürək çatışmazlığından vəfat edib", - məlumatda bildirilib.

Xatırladaq ki, dünən aprelin 19-da Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Buna səbəb sərnişinlərdən birinin vəziyyətinin kəskin pisləşməsi olub. Məcburi eniş 16:02-də baş verib və həmin təyyarədə olan 73 yaşlı Danimarka vətəndaşı Alen Lasten reysdən çıxarılıb. Vəziyyəti pisləşən sərnişin 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi