Bakıda tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
13 Mart , 2018 11:38
Bakıda tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının üstünə benzin tökərək yandırmaqda təqsirləndirilən Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxumub.

Məhkəmənin hökmü ilə S.Ağayev 14 il müddətinə azadlıqdam məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. Səbuhi Ağayev münaqişə zəminində tanışı Anar Muradovun üzrərinə benzin tökərək yandırıb.

Hadisə zamanı S.Ağayevin sərxoş olduğu qeyd edilib. Yaralı dərhal xəstəxaya çatdırılıb. Onun həyatını xilas etməl mümkün olub
İttiham tərəfin qənaetinə görə, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb.

Buna görə də S.Ağayevə Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi