Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub Yanvarın 9-da saat 17 radələrində 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
10 Yanvar , 2021 11:43
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Yanvarın 9-da saat 17 radələrində 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan "Report"a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Qurbanov Kamil Duranxan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla İmran Səfərova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Peşəkarlıqla keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Kamil Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi