Bakıda tanınmış şirkətlərdən oğurluq edən şəxslərin məhkəməsi başlayıb

Bakıda tanınmış şirkətlərdən oğurluq edən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib
Hadisə
22 İyun , 2017 12:18
Bakıda tanınmış şirkətlərdən oğurluq edən şəxslərin məhkəməsi başlayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Saleh Mehdiyev, Tərlan Əhmədağazadə və İntiqam Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra iclasda təqsirləndirilən T.Əhmədağazadə ifadə verib. O, "Xəzər İnşaat" şirkətində işlədiyi üçün anbarların giriş-çıxışını bildiyini söyləyib.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, jəmin şəxslər anbardan 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlayıb. Bundan başqa, T.Əhmədağazadə "Xəzər İnşaat" şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyaları oğurlayıb.

Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi