Bakı. 14 noyabr REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə hökmü elan edən zaman məlum olub ki, təqsirləndirilən N.Fərəcova zərərçəkmiş F.Əzizovaya dəymiş zərəri tam ödəyib. N.İsrafilov isə ödəmə proseslərində iştirak etməyib.
Hökmə əsasən, N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş N.Fərəcovaya isə şərti cəza verilib.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs olunmasını tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.