Tanınmış idmançı evindən 67 min manatlıq oğurluq edən şəxsləri bağışlayıb

Tanınmış idmançı evindən 67 min manatlıq oğurluq edən şəxsləri bağışlayıb Bakı. 10 oktyabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Oktyabr , 2018 12:04
Tanınmış idmançı evindən 67 min manatlıq oğurluq edən şəxsləri bağışlayıb

Bakı. 10 oktyabr REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasına gəlməyən təqsirləndirilən N.Fərəcova bildirib ki, səhhəti ilə bağlı müalicə olunur.

O, hazırda xəstəxanadan çıxıb məhkəməyə gəldiyini, hələ də dərmanların təsiri altında olduğunu söyləyib. Hakim ona xəbərdarlıq edərək deyib ki, bir də məhkəməyə məlumat vermədən prosesdə iştirak etməsə, barəsində həbs qətimkan tədbiri seçilə bilər.

Zərərçəkmiş F.Əzizova söyləyib ki, təqsirləndirilən şəxslərlə barışıq müqaviləsi imzalayıb: "Dünən 8 min manat nağd ödəniş edildi, qalan məbləğin ödənilməsi üçün borc müqaviləsi imzaladıq. Hər hansı şikayətim yoxdur".

Məhkəmədə məlum olub ki, F.Əzizova məşq zamanı qolundan zədə alıb. O, məhkəməyə qolu sarıqlı vəziyyətdə gəlib.

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Son xəbərlər

Orphus sistemi