Bakıda sürət yarışına çıxan avtomobil qəzaya uğrayıb, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sürət yarışına çıxan avtomobil qəzaya uğrayıb, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Dirəyə çırpılan "BMW X5" bir neçə hissəyə parçalanıb
Hadisə
16 May , 2017 10:16
Bakıda sürət yarışına çıxan avtomobil qəzaya uğrayıb, 2 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

İlk xəbər 04:41-də yayılıb. Video əlavə olunub.

Bakı. 16 may. REPORT.AZ/ Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi "BMW X5" markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Range Rover" markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum" restoranının sahibidir.

Son xəbərlər

Orphus sistemi