Paytaxtda sürət həddini aşan sürücü qəza törədib - FOTO

Paytaxtda sürət həddini aşan sürücü qəza törədib - FOTO Bakının Nərimanov rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 Avqust , 2019 22:26
Paytaxtda sürət həddini aşan sürücü qəza törədib - FOTO

Bakının Nərimanov rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Koroğlu Rəhimov küçəsi ilə hərəkətədə olan "99-BE-969" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sürət həddini aşaraq "99-PD-304" dövlət qeydiyyat nişanlı "Daewoo Gentra" markalı maşını arxadan vurub.

Hadisə zamanı sürücülərdən xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.

Son xəbərlər

Orphus sistemi