Bakıda soyuq silahla aptekə basqın edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda soyuq silahla aptekə basqın edən qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib
Hadisə
19 Oktyabr , 2018 10:18
Bakıda soyuq silahla aptekə basqın edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyeva barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ili martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi