Bakıda bıçaqla aptekə basqın edən qadın apellyasiya şikayəti verib

Bakıda bıçaqla aptekə basqın edən qadın apellyasiya şikayəti verib Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq
Hadisə
16 Oktyabr , 2018 10:00
Bakıda bıçaqla aptekə basqın edən qadın apellyasiya şikayəti verib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyeva barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 18-nə təyin edilib.

Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi