Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb

Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər.
Hadisə
27 Yanvar , 2021 11:01
Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.

Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi