​Bakıda sifarişlə iş adamını öldürən şəxsin şikayəti əsasında keçiriləcək məhkəmənin vaxtı açıqlanıb

​Bakıda sifarişlə iş adamını öldürən şəxsin şikayəti əsasında keçiriləcək məhkəmənin vaxtı açıqlanıb İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq
Hadisə
21 Yanvar , 2016 14:00
​Bakıda sifarişlə iş adamını öldürən şəxsin şikayəti əsasında keçiriləcək məhkəmənin vaxtı açıqlanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda sifarişli qətl törətməkdə təqsirləndirilən İmanov Şahvələd Mürsəl oğlunun barəsindəki hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 22-nə təyin edilib.

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cinayət hadisəsi 2013-cü ilin may ayında baş verib. “Şəms” MMC firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da, gecə saatlarında dünyasını dəyişib. Hadisədən bir qədər sonra M.Həqzadənin sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin əslən 1966-cı il təvəllüdlü Rüstəmov Aydın Aslan oğlu, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü İmanov Şahvələd Mürsəl oğlu olması müəyyənləşib. Ş.İmanov yaşadığı Göygöl rayonuna qaçsa da, çox keçməyib ki, həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin A.Rüstəmov olması bəlli olub. İstintaqın gəldiyi nəticəyə görə, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən “Şəms” MMC firmasının nizamnaməsində dəyişiklik etməklə onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib.

2014-cü ilin aprel ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Ş.İmanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan Ş.İmanov 2015-ci ilin iyul ayının 13-də apellyasiya şikayəti verib. O, Bakı Apellyasiya Məhkəməsində, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasın ilkin baxış qərarından kassasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi