Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxs məhkəməyə müraciət edib

Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxs məhkəməyə müraciət edib İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
7 Noyabr , 2016 10:07
Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxs məhkəməyə müraciət edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Qətl törətməkdə təqsirləndirilən Fəhmin Etibar oğlu Qədimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 8-nə təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi bu ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğu bəlli olub. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

F.Qədimov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə,xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi