Bakıda sevgilisinə qarşı dələduzluq edən şəxs məhkəmədə ifadə verib

Bakıda sevgilisinə qarşı dələduzluq edən şəxs məhkəmədə ifadə verib Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət içi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 İyun , 2018 12:57
Bakıda sevgilisinə qarşı dələduzluq edən şəxs məhkəmədə ifadə verib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət içi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, S.Abbasov Azər Cəlilovdan siqaret alveri etmək adı ilə 112 min manat pul alıb. Bir neçə ay qazanc versə də, sonradan vədinə əməl etməyib.

Digər zərərçəkmişlər Xalidə Quliyeva və Aytən Quliyeva da eyni məqsədlə S.Abbasova pul veriblər.

Elan olunmuş ittiham üzrə S.Abbasov özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərdən Xalidə Quliyeva və Aytən Quliyevadan aldığı pulları təsdiqləyib. Amma Azər Cəlilovdan qeyd edilən qədər məbləğdə pul almadığını deyib.

O söyləyib ki, zərərçəkmiş A.Quliyeva ilə bir məktəbdə təhsil alıb, münasibətləri də oradan yaranıb.

Məhkəmədə məlum olub ki, S.Abbasov zərərçəkmiş A.Quliyeva ilə ailə həyatı quracaqmış.

Ailəli olan S.Abbasov A.Quliyevaya vəd verib ki, boşandıqdan sonra onunla ailə həyatı quracaq. Hətta bu məqsədlə A.Quliyevanın anası ilə də tanış olub.

S.Abbasov ifadəsində deyib ki, A.Quliyevadan iş qurmaq adı ilə pul alarkən onu aldatmayıb: "Pulları onunla ailə həyatı qurmaq şərti ilə almamışam. Mənim ailəmdə olan hər kəs Aytənlə olan münasibətimi, hətta anası da bilirdi. Aytənin iş üçün mənə verdiyi pulu anası da bilirdi. Aytənin maşını əziləndə 15 600 manata satdıq. 5600 manatı mən götürdüm. Özünə dedim ki, lazımdır. Sonra Aytənə lizinqlə başqa maşın aldıq. Hazırda ona borcum yoxdur".

Hakim bildirib ki, Xalidə Quliyeva və Aytən Quliyeva onlara dəymiş zərərin ödənməsi barədə notariusdan təsdiqlənmiş sənədi məhkəməyə təqdim ediblər.

Zərərçəkmiş A.Quliyeva ifadəsində bildirib ki, tibb bacısı işləyir. O, bir dəfə ailə həyatı qurduğunu, sonra isə boşandığını söyləyib.

O qeyd edib ki, S.Abbasovla olan münasibətləri ciddi olub və dini kəbinləri da varmış.

Qeyd edək ki, S.Abbasov Cinayət Məcələsinin 178.3.2-ci (dəlıduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi