Bakıda sərnişin metronun pilləkənindən yıxılaraq ağır xəsarət alıb

Hadisə
  • 08 oktyabr, 2016
  • 08:55
Bakıda sərnişin metronun pilləkənindən yıxılaraq ağır xəsarət alıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.

Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.