Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslər apellyasiya şikayəti veriblər

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslər apellyasiya şikayəti veriblər Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasın vaxtı hələlik məlum deyil
Hadisə
28 Mart , 2018 14:09
Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslər apellyasiya şikayəti veriblər
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 28 mart. REPORT.AZ/ Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov və digərləri barələrində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasın vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi