Bakıda qohumunu odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Tariyel Qurbanovun məhkəmə istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Suraxanı rayonunda baş verib.
Belə ki, T.Qurbanov qohumu, Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevi yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngi ilə qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
T.Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
A.Mirzəyev kriminal aləmə yaxın olduğu bildirilir.