Bakıda qohumlar arasında dava düşüb, üç nəfər bıçaqlanıb - FOTO

Bakıda qohumlar arasında dava düşüb, üç nəfər bıçaqlanıb - FOTO Hadisəni törədən şəxs axtarılır
Hadisə
29 Noyabr , 2017 08:34
Bakıda qohumlar arasında dava düşüb, üç nəfər bıçaqlanıb - FOTO
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qohumlar arasında bıçaqlanma ilə nəticələnən dava düşüb.

"Report" xəbər verir ki, Balaxanı qəsəbəsində baş verən hadisə zamanı qayın, yeznə və digər bir qohum bıçaq xəsarətləri alıb.

Bəkirov Rauf Babaxan oğlu və Xanquliyev Yusif "Ravon" markalı avtomobildə bıçaqlanıb. Digər yaralının ad-soyadı hələlik məlum deyil.

Faktla bağlı hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun əməkdaşları və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hər üç yaralı qohumdur. Hadisəni törədən şəxs axtarılır.

Son xəbərlər

Orphus sistemi