​Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına işgəncə verən kişi həbs olunub

​Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına işgəncə verən kişi həbs olunub Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
30 Oktyabr , 2015 15:49
​Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına işgəncə verən kişi həbs olunub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər prokurorluğunda davam etdirilir. 

Bakı Şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi