Bakıda qətldə təqsirləndirilən şəxslərin məhkəməsində ittiham aktı elan edilib

Bakıda qətldə təqsirləndirilən şəxslərin məhkəməsində ittiham aktı elan edilib Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hadisə
12 İyul , 2023 15:25
Bakıda qətldə təqsirləndirilən şəxslərin məhkəməsində ittiham aktı elan edilib

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb.

Elan edilmiş ittiham üzrə C.İsayev və R.Hüseynov özlərini qismən təqsirli bilib. R.İsayev isə özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.

Son xəbərlər

Orphus sistemi