Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib
Hadisə
14 Dekabr , 2018 11:56
Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, Ə.Abdullayevin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə bu il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi