BŞİH: "Kinematoqrafçılar İttifaqının yaratdığı qanunsuz parklanma yeri ləğv edilib"

BŞİH: "Kinematoqrafçılar İttifaqının yaratdığı qanunsuz parklanma yeri ləğv edilib" "Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb".
Hadisə
7 İyun , 2022 14:59
BŞİH: Kinematoqrafçılar İttifaqının yaratdığı qanunsuz parklanma yeri ləğv edilib

Bakıda qanunsuz parklanma yeri ləğv edilib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

"Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb", - məlumatda bildirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı.

"Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır", - BŞİH-in məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi