Bakıda qadınlar döyülüb, onlardan biri ölüb - ƏLAVƏ OLUNUB

Bakıda qadınlar döyülüb, onlardan biri ölüb - ƏLAVƏ OLUNUB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
1 May , 2017 09:07
Bakıda qadınlar döyülüb, onlardan biri ölüb - ƏLAVƏ OLUNUB

Bakı. 1 may. REPORT.AZ/ DİN Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

***

Bakı. 1 may. REPORT.AZ/ Bakıda mənzildə iki qadın döyülüb, ölən və yaralanan var.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı soyadı hələlik məlum olmayan Yelena adlı qadın döyülərək qətlə yetirilib. Onun meyiti binanın blokunda aşkarlanıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə vaxtı həmin ünvanda başqa bir qadının da (hələlik adı açıqlanmır) döyüldüyü aşkarlanıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, hər iki qadın bir mənzildə döyülüb. Hər iki qadın pul müqabilində intim xidmətlə məşğul olurmuş.

Son xəbərlər

Orphus sistemi