Bakıda qadının çantasını alıb qaçan Gürcüstan vətəndaşı tutulub

Bakıda qadının çantasını alıb qaçan Gürcüstan vətəndaşı tutulub Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda qadının çantasını alıb qaçan Gürcüstan vətəndaşı saxlanılıb.
Hadisə
14 İyun , 2018 12:06
Bakıda qadının çantasını alıb qaçan Gürcüstan vətəndaşı tutulub
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda qadının çantasını alıb qaçan Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, iyunun 12-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini G.Quliyevaya zor tətbiq edib içərisində 150 manatı, mobil telefonu, şəxsiyyət vəsiqəsi və kosmetik əşyaları olan çantasını alıb qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Elşən Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi