Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda qadının 20 min manat pulunu və qızıl əşyalarını almış şəxs tutulub.
"Report" bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Zenfira Baxşəliyevanın 20 000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Cavid Aslanov tutulub.