Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib Səbail rayonunda soyğunçuluq hadisəsi olub
Hadisə
17 Mart , 2021 11:20
Bakıda qadına qarşı soyğunçuluq edilib

Səbail rayonunda soyğunçuluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Z.Rəhimovanın evindən içərisində 4300 manat pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi