Bakıda qadına qarşı soyğunçuluq edən şəxslərə hökm oxunub

Bakıda qadına qarşı soyğunçuluq edən şəxslərə hökm oxunub Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
7 İyun , 2017 16:28
Bakıda qadına qarşı soyğunçuluq edən şəxslərə hökm oxunub

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq və oğurluqda təqsirləndirilən Murad Baxşıyev və Əliheydər Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Baxşıyev 9 il 6 ay, Ə.Ələkbərov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal Rayon Polsi İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 30-da Bakı şəhər sakini Əfsanə Məmmədovanın içərisində 145 manat pul, mobil telefon və sənədləri olan çantasını soyğunçuluq yolu ilə almış həmyerliləri, əvvəllər məhkum olunmuş M.Baxşıyev və Ə.Ələkbərov tutulublar. 

M.Baxşıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bir avtomobildən akkumulyator və bir evdən pul və mobil telefon oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi