Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Hadisə
  • 12 sentyabr, 2018
  • 08:37
Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 10-da paytaxt sakini olan bir qadının 520 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən İmişli rayon sakini Fuad Abbasov saxlanılıb.