Bakıda qadın özünə xəsarət yetirəcəyi ilə bağlı taksi sürücüsünü şantaj edib

Bakıda qadın özünə xəsarət yetirəcəyi ilə bağlı taksi sürücüsünü şantaj edib Bakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirməklə şantaj edib.
Hadisə
21 Noyabr , 2022 11:38
Bakıda qadın özünə xəsarət yetirəcəyi ilə bağlı taksi sürücüsünü şantaj edib

Bakıda qadın özünə xəsarət yetirəcəyi ilə bağlı taksi sürücüsünü şantaj edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını deyib özünə xəsarət yetirəcəyini və onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi