Bakıda qadın evinin zirzəmisinə yıxılaraq xəsarət alıb

Hadisə
  • 29 may, 2018
  • 05:25
Bakıda qadın evinin zirzəmisinə yıxılaraq xəsarət alıb
Report

Bakı. 29 may. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət alıb.

FHN-dən “Report”a bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı zirzəmidən çıxarıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil veriblər.