Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihar etmək istəyib

Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihar etmək istəyib Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb
Hadisə
5 Fevral , 2018 06:03
Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihar etmək istəyib

Bakı. 5 fevral. REPORT.AZ/ Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihara cəhd göstərib.

"Report" FHN-ə istinadın xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirib. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb. Əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi