Bakıda keçmiş prokuroru şantaj edən şəxslərin məhkəməsi keçirilib

Bakıda keçmiş prokuroru şantaj edən şəxslərin məhkəməsi keçirilib Keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
24 Fevral , 2023 17:39
Bakıda keçmiş prokuroru şantaj edən şəxslərin məhkəməsi keçirilib

Keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Ümman Əliyevin 9 il, İlqar Əliyevin 8 il, Natiq Nuriyein 8 il, Sahilə Məmmədovanın 6 il, Elnur Eldaovun 8 il 6 ay, Ələkbər Nuriyevin 7 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror digər təqsirləndirilən Pərvin Yusifovun barəsində olan cinayət təqibinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad olunmasını istəyib.

Buna səbəb təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş ziyanın - 3 175 manatın Baş Prokurorluğun depozit hesabına, həmçinin qanunun tələb ilə cinayət yolu ilə əldə olunan pulun 25 faizi olan - 793 manatnı isə dövlət büdcəsinə ödənilməsi olub.

Tariyel Qurbanov
Tariyel Qurbanov

Daha sonra müdafiə nitqi ilə çıxış edən Pərvin Yusifovun vəkili prokurorun çıxışı ilə razı olduğunu bildirib.

Digər təqsirləndirilən Sahilə Məmmədovanın vəkili isə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Növbəti proses fevralın 27-də davam edəcək.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda, həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan T.Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Xatırladaq ki, T.Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

Son xəbərlər

Orphus sistemi