Georgi Mamardaşvili "Liverpul"dan ayrıla bilər

Futbol
  • 10 noyabr, 2026
  • 12:20
Georgi Mamardaşvili Liverpuldan ayrıla bilər

Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili İngiltərənin "Liverpul" klubundan ayrıla bilər.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper az forma şansı əldə etdiyi üçün narazıdır.

Mersisayd təmsilçisi Alisson Bekerlə yeni müqavilə imzalasa, G.Mamardaşvili başqa komandaya keçməyə çalışacaq.

2025-ci ilin yayında "Liverpul"a qoşulan qolkiper yalnız ehtiyat qapıçı rolunda çıxış edib.

O, daha çox oyun təcrübəsi qazanmaq üçün klubunu dəyişməyi planlaşdırır.

44 filmi