Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb

Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb Saxlanılan şəxsdən "MP 654 K" markalı pnevmatik tapança götürülüb
Hadisə
24 Yanvar , 2017 11:54
Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub. 

Onun hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

Son xəbərlər

Orphus sistemi