Bakıda piyadanı vurub öldürən avtobus sürücüsü apellyasiya şikayəti verib

Bakıda piyadanı vurub öldürən avtobus sürücüsü apellyasiya şikayəti verib İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
20 İyun , 2017 18:43
Bakıda piyadanı vurub öldürən avtobus sürücüsü apellyasiya şikayəti verib

Bakı. 19 iyun. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Dünyamalı Rzayev barələrində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 21-nə təyin edilib.

İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2016-cı il aprelin 8-də saat 10:39-da Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsü, 1988-ci il təvəllüdlü D.Rzayev idarə etdiyi “Otoyol” markalı, 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada, 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub. Daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü, 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub.

Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub.

Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi