Bakıda piyadanı öldürüb qaçan sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanı öldürüb qaçan sürücü hakim qarşısına çıxarılır Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Aprel , 2020 10:18
Bakıda piyadanı öldürüb qaçan sürücü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində, Maştağa-Buzovna şossesində baş verib.

Paytaxt sakini, 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi “Opel” markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurub.

Nəticədə, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Malik Məmmədov isə hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi