Bakıda piyada zolağı üzərində yaşlı kişini maşın vurub

Bakıda piyada zolağı üzərində yaşlı kişini maşın vurub Zərərçəkmiş çoxsaylı sınıq xəsarətləri alıb
Hadisə
3 Sentyabr , 2017 20:35
Bakıda piyada zolağı üzərində yaşlı kişini maşın vurub
Foto: Report.az

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanı maşın vurub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi 1965-ci il təvəllüdlü Cəlilov Əkbər Məmməd oğlu Balaxanı qəsəbəsində yerüstü piyada zolağından keçən zaman baş verib.

Çoxsaylı sınıq xəsarətləri alan şəxsi hadisəni törədən sürücü xəstəxanaya aparıb.

Sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi