Bakıda oyun zalından oğurluq olub

Bakıda oyun zalından oğurluq olub Hadisəni törədən şəxslər saxlanılıb
Hadisə
17 Avqust , 2017 13:15
Bakıda oyun zalından oğurluq olub

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda oyun zalından oğurluq olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki oyun zallarından birindən 5 ədəd televizor, 4 ədəd oyun aparatı və 13 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev, Ağdam rayon sakini Anar Mehdiyev və Gürcüstan vətəndaşı Rahib Abdullayev tutulublar.

Son xəbərlər

Orphus sistemi