Bakıda orta yaşlı kişini avtomobil vurub

Hadisə
  • 23 noyabr, 2022
  • 00:43
Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, metronun Koroğlu stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən orta yaşlı Maarif adlı şəxsi 90-VX-189 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını avtomobilə qoyaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Hadisənin təfərrüatı araşdırılır.