Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb

Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb Zöhrab Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb
Hadisə
23 Yanvar , 2018 06:46
Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda baş vermiş dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.

"Report" xəbər verir ki, hadisə Ramana qəsəbəsində, Şuşa şəhərciyində baş verib.

1983-cü il təvəllüdlü Hüseynov Zöhrab Şamil oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. O, naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə Z.Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb. 

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi