Ölümə səbəb olan sürücünün şikayətinə baxılıb

Ölümə səbəb olan sürücünün şikayətinə baxılıb Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
24 May , 2019 11:33
Ölümə səbəb olan sürücünün şikayətinə baxılıb
Report

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Şixiyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib.

Belə ki, A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü “Mersedes”i vurub. Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.

Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Məhkəmənin hazırlıq iclasında A.Şixiyev həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Şixiyev 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi