Bakıda oğurlanmış avtomobillər tapılıb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 25-də paytaxtın Binəqədi rayon, Q.Qarayev küçəsində baş verib.
Belə ki, A.Xəlilova məxsus açarını üzərində unutduğu "Mitsubishi" markalı minik avtomobil qaçırılıb.
Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil oktyabrın 27-də Biləsuvar rayonunda saz vəziyyətdə tapılaraq sahibinə təhvil verilib.
Bundan başqa, oktyabrın 27-də gecə saatlarında Binəqədi rayon, Kazımovski küçəsində R.Mustafayevə məxsus “Hyundai Sonata” markalı avtomobil qaçırılıb.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil oktyabrın 28-də Tbilisi prospektində saz vəziyyətdə tapılaraq sahibinə təhvil verilib.
Hər iki faktla bağlı araşdırma aparılır.