Yuxarı

​Bakıda oğrular mənzilin divarını deşərək 20 min manatlıq qızıl aparıblar

Faktla bağlı cinayət işi başlanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.

“Report”un xəbərinə görə, hadisə rayonun M.Seyidov küçəsi, ev 15 ünvanında baş verib.

Orada yaşayan 1965-ci il təvəllüdlü Eldar Əliyev evdə olmadığı zaman naməlum şəxslər zirzəminin divarını deşərək onun evindən 20 min manat qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi