Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elnur Babayevə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, ötən ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Maştağa qəsəbəsi sakini Elnur Babayevdən 244 qram marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirdiyi 8853 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı Elnur Babayevin narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyi və xüsusi quluq etdiyi müəyyən edilib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.