Bakıda narkotik alverində təqsirləndirilən iş adamı məhkəmədə ifadə verib
- 01 noyabr, 2016
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilə Nəriman Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Daha sonra sərbəst ifadə verən N.Əliyev özünü təqsirli bilmədiyini deyib. O, günahsız olduğunu söyləyib.
Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, iş adamı olan N.Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.