Bakıda naməlum avtomobil piyadanı vurub
Hadisə
- 13 mart, 2017
- 05:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 mart. REPORT.AZ/ Bakıda naməlum avtomobilin vurduğu 59 yaşlı kişi ağır kəllə-beyin travması alıb.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 1958-ci il təvəllüdlü Babayev Baxış Saleh oğlunu naməlum avtomobil vurub. Ağır xəsarət alan B.Babayev xəstəxanaya yerləşdirilib.
Həkimlərin müayinəsindən sonra B.Babayevin sağ və sol qabırğalarının sındığı, ağır kəllə-beyin travması aldığı məlum olub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
09:16
Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Digər ölkələr
09:05
Azərbaycan Premyer Liqası: XIII turun növbəti görüşləri bu gün keçiriləcək
Futbol
08:49
Türkiyədə 39 vilayət üzrə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Region
08:22
Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib
Sağlamlıq
08:14
Braziliya Libertadores Kubokunda titulların sayına görə liderliyə yüksəlib
Futbol
07:56
Tramp süni intellekt əvəzinə "superintellekt" terminindən istifadə olunmasını tələb edib
Digər ölkələr
07:11
Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb
Digər ölkələr
06:48
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub
Digər ölkələr
06:10
İran Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus kəşfiyyat PUA-sını vurub
Region