Bakıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Bakıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda ağır yol qəzası baş verib.
Hadisə
14 Yanvar , 2019 12:28
Bakıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda ağır yol qəzası baş verib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 


*** 18:07

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

“Report” FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Daha əvvəl Lənkəranda təkəri partlayan maşın qəza törədib.

Son xəbərlər

Orphus sistemi