Bakıda avtomobil 20 yaşlı gənci vurub

Hadisə
  • 10 may, 2024
  • 04:11
Bakıda avtomobil 20 yaşlı gənci vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 2004-cü il təvəllüdlü Həmzəyeva Aydan Ağaverdi qızını avtomobil vurub.

Hadisə zamanı xəsarət alan A.Həmzəyeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.